Bakı. Trend:
Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlar nəticəsində birbaşa hava yüklərinin daşınmasında maneələr aradan qaldırılıb.
Trend Türkiyə KİV-nə istinadən xəbər verir ki, normallaşma prosesi üçün iki ölkənin xüsusi nümayəndələri arasında aparılan danışıqlar nəticəsində 2023-cü il yanvarın 1-dən etibarən Türkiyə ilə Ermənistan arasında birbaşa hava yük ticarətinin mümkün olduğu bildirilib.
Qeyd edilib ki, bu məsələ Türkiyə Ticarət Nazirliyi tərəfindən Türkiyə ixracatçı birliklərinə elan edilib.