Bakı. Trend:
9 ay ərzində (21 mart -21 dekabr 2022) İranda 460 nəfər dəm qazından ölüb.
Trend-in məlumatına görə, bu barədə İranın Tibbi Ekspertiza Təşkilatı hesabat yayıb.
Hesabata əsasən, dəm qazı nəticəsində ölənlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 10,8% artıb. Ölənlərin 342 nəfəri kişi, 118 nəfəri qadın olub.
Hesabatda qeyd olunur ki, dəm qazı nəticəsində ən çox ölüm halı Rəzəvi Xorasan vilayətində (54 nəfər), Tehran vilayətində (52 nəfər), İsfahan vilayətində (48 nəfər) qeydə alınıb.
Hesabatda əlavə olunur ki, ən çox ölüm halı 9-cu ayda (22 noyabr -21 dekabr) qeydə alınıb. Belə ki, 1 ayda dəm qazı nəticəsində 110 nəfər ölüb. Bu isə ötən ilin analoji ayı ilə müqayisədə 2,8% artım deməkdir.