...

Rumıniyada güclü zəlzələ olub

Dünya xəbərləri Materials 14 Fevral 2023 17:59 (UTC +04:00)
Rumıniyada güclü zəlzələ olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün Rumıniyada 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.

Məlumata görə, zəlzələnin episentri Drobeta-Turnu-Severin şəhərindən 56 km şimal-şərqdə, 102 min nəfərin məskunlaşdığı ərazidə yerləşir. Zəlzələ ocağının 40 km dərinlikdə olduğu qeyd edilir.

Xəsarət alanlar və dağıntılar haqqında məlumat daxil olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti