...

"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

Dünya xəbərləri Materials 24 Mart 2023 08:49 (UTC +04:00)
"SpaceX" şirkəti "Starlink" İnternet peyklərinin yeni partiyasını orbitə çıxaracaq

Bakı. Trend:

"Falcon 9" daşıyıcı raket cümə günü "Starlink" qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 52 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.

Trend-in məlumatına görə, bu barədə "SpaceX" şirkətindən məlumat verilib.

Məlumata əsasən, buraxılışın Florida ştatının Kanaveral burnunda yerləşən Kennedi adına Kosmik Mərkəzinin 40A start kompleksindən ABŞ Şərq sahilləri vaxtı ilə saat 11:33-də baş tutacağı gözlənilir.

Orbitə buraxıldıqdan təxminən bir saat sonra raket bütün apparatları orbitə çıxarmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti