...

Netanyahu yaya qədər məhkəmə islahatlarını dayandırır

Dünya xəbərləri Materials 27 Mart 2023 20:42 (UTC +04:00)
Netanyahu yaya qədər məhkəmə islahatlarını dayandırır

Bakı. Trend:

İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatları ilə bağlı qanunvericiliyə dəyişikliyin yaya qədər təxirə salınmasına razılaşıb.

Trend xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizlik naziri və “Yəhudi Gücü” partiyasının lideri İtamar Ben-Qvir ilə etirazlara səbəb olan məhkəmə qaydalarını dayandırmaq barədə razılığa gəlib. Ben-Qvir, məhkəmə tənzimləməsinin növbəti müddətdə parlamentə gətirilməsi qarşılığında Netanyahu ilə razılaşdıqlarını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti