Bakı. Trend:
ABŞ-ın Arkanzas ştatında baş verən ən azı iki tornado nəticəsində ən azı 600 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, bu barədə "CBS" televiziya kanalının yerli bölməsi bildirib.
Məlumata əsasən, təbii fəlakət ştatın mərkəzi hissəsinə, o cümlədən Arkanzasın əhalisi sıx olan Litl-Rok şəhərinə və onun ətrafına təsir göstərib.
Zərərçəkənlərin vəziyyətinin ciddiliyi ilə bağlı hələlik məlumat yoxdur.
Arkanzas qubernatoru Sara Sanders ştatda fövqəladə vəziyyət elan edib və təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Milli Qvardiyanın qüvvələrini səfərbər edib.