...

ABŞ-ın bir neçə ştatında tornado 18 nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 1 Aprel 2023 23:45 (UTC +04:00)
ABŞ-ın bir neçə ştatında tornado 18 nəfərin ölümünə səbəb olub

Bakı. Trend:

ABŞ-ın bir neçə ştatında tornado 18 nəfərin ölümünə səbəb olub.

Trend xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "ABC 17 News" telekanalı məlumat yayıb.

Telekanalın məlumata əsasən, onlarla insan yaralanaraq xəstəxanaya yerləşdirilib. İnfrastruktura, evlərə və avtomobillərə ciddi ziyan dəyib.

"CNN" telekanalı şənbə günü səhər saatlarında ABŞ-ın mərkəzi 10 ştatında hava şəraitinin kəskin pisləşməsindən sonra 450 mindən çox ev təsərrüfatının elektrik enerjisinin kəsildiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti