...

Tokio yaxınlığında güclü zəlzələ olub

Dünya xəbərləri Materials 11 May 2023 00:13 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyanın Toki şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın meteorologiya idarəsi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Tiba prefekturasının şimal-qərbində, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti