...

ABŞ və Ukrayna prezidentləri Yaponiyada danışıqlar aparacaqlar

Dünya xəbərləri Materials 20 May 2023 22:19 (UTC +04:00)
ABŞ və Ukrayna prezidentləri Yaponiyada danışıqlar aparacaqlar

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden və Ukrayna dövlət başçısı Vladimir Zelenski mayın 21-də Xiroşimada (Yaponiya) danışıqlar aparacaqlar. Həmin şəhərdə "G7" ölkələrinin Zirvə görüşü keçirilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidentinin iş cədvəlində qeyd olunub.

"Saat 14:15-də Prezident [Bayden] Ukrayna Prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşdə iştirak edir", - deyə mətndə bildrilib.

Danışıqların "Grand Prince Hiroshima" oteiində aparılacağını qeyd edilib. Danışıqlardan əvvəl protokol çəkilişlərinin aparılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti