Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hakimiyyətini Nyu-Yorkdakı Türk evinə hücum edən “terrorçunun” tapılmasına çağırıb.
Trend bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Türkiyə lideri hadisə ilə bağlı lazımi tədbirlərin görülməsini də tələb edib.
"Türk evinin şüşələrini lomla sındıran bu terrorçunu mütləq tapmalısınız. Avropada işlərin getdikcə pisləşdiyini görən PKK seçicilərə (Türkiyədə prezident seçkilərində - red.) hücum etməyə başlayıb. İndi Amerikada, Birləşmiş Millətlər Təşkilatı ilə birbaşa üzbəüz yerləşən Türk evinə hücum edib, pəncərələrini sındırıblar", - deyə R.T.Ərdoğan bildirib.
R.T.Ərdoğan Türk evinin təhlükəsizliyinin ABŞ hakimiyyətinə həvalə edildiyini xatırladıb.