...

Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Dünya xəbərləri Materials 29 May 2023 08:18 (UTC +04:00)
Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

Bakı. Trend:

Niaqara şəlaləsi 28 May-Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.

Trend xəbər verir ki, ABŞ-la Kanada arasında yerləşən dünyaca məşhur Niaqara şəlaləsi ABŞ vaxtı ilə saat 22:30-da Azərbaycan bayrağının rənginə boyanıb.

Heyrətamiz görüntüyə bürünən Niaqara şəlaləsi ərazini ziyarət edən turistlərin və yerli sakinlərin diqqətini cəlb edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti