...

ABŞ OPEC+ toplantısının neft bazarında sabitliyi qoruyacağını gözləyir

Dünya xəbərləri Materials 3 İyun 2023 08:33 (UTC +04:00)
ABŞ OPEC+ toplantısının neft bazarında sabitliyi qoruyacağını gözləyir

Bakı. Trend:

ABŞ bazar günü keçiriləcək OPEC+ nazirlər toplantısında neft bazarında sabitliyin davam etməsi ilə bağlı razılığın əldə olunacağına ümid edir.

Trend-in məlumatına görə, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.

Monitorinq komitəsinin iclası və OPEC+ nazirlərinin görüşü iyunun 4-də Vyanada keçiriləcək. Alyans ölkələrinin nazirləri sonuncu dəfə 2022-ci ilin oktyabrında görüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti