...

Türkiyə heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilmək istəmir - Fəxrəddin Altun

Dünya xəbərləri Materials 6 İyun 2023 15:46 (UTC +04:00)
Türkiyə heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilmək istəmir - Fəxrəddin Altun

Bakı. Trend:

Dünyada dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biri olaraq bu məsələ ilə bağlı mübarizəmiz davam edəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun öz rəsmi sosial media hesabında bildirib.

"Bu gün Avropa İttifaqına üzv ölkələr kimi Türkiyə də heç bir sosial media platformasının dezinformasiya mərkəzinə çevrilmək istəmir. Lakin biz bu mübarizəni həm tərəfsiz kimi görünən, lakin Türkiyə siyasətinə müdaxilə etməyə çalışan sosial media şirkətlərinə, həm də Türkiyədə rəqəmsal kommunikasiya platformalarını tənzimləmək cəhdlərimizin qarşısını almağa çalışan Qərb dövlətlərinə qarşı aparmalı oluruq", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti