...

İranın vitse-prezidenti istefa verdi

Dünya xəbərləri Materials 12 İyun 2023 10:53 (UTC +04:00)

Bakı. Trend:

İranın iqtisadi məsələlər üzrə vitse-prezidenti Möhsün Rzayi tutduğu vəzifədən istefa verib.

Trend xəbər verir ki, İran Prezidentinin Sərəncamı ilə Möhsün Rzayi İranın Ali İqtisadi Koordinasiyası Şurasının katibi təyin edilib.

Qeyd edək ki, Möhsün Rzayi İran Məsləhət Şurasının katibidir. O, 1981-1997-ci illərdə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı olub. Möhsün Rzayi 3 dəfə prezident seçkilərində namizəd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti