Bakı. Trend:
2002-ci ildən bu yana təkcə Türkiyə Fondları İdarəsi ölkənin 5,5 min irsini bərpa edib.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Ərdoğan İstanbulda Vaniköy məscidinin açılışda etdiyi çıxışında qeyd edib.
O bildirib ki, Türkiyə hakimiyyəti ölkənin mədəni-tarixi obyektlərinin bərpasında əks olunan irsinin qorunmasına yönəlib.
Qeyd edək ki, Vaniköy məscidi 358 il əvvəl İstanbul boğazının (Boğaziçi) sahillərində tikilib və bu yaxınlarda yanğın nəticəsində ciddi ziyan görüb və bununla əlaqədar onun bərpasına qərar verilib.