Bakı. Trend:
ABŞ-ın Texas şəhərində axşam saatlarında baş verən atışma nəticəsində 3 nəfər həlak olub.
Trend xəbər verir ki, daha 8 nəfər isə yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ilə bağlı məlumat yoxdur.
Polis cinayətin səbəbini hələ müəyyənləşdirməyib, səbəbləri araşdırılır.