...

Yanvar-iyun aylarında Gemlik limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Dünya xəbərləri Materials 19 İyul 2023 15:41 (UTC +04:00)
Yanvar-iyun aylarında Gemlik limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Bursa şəhərində yerləşən Gemlik limanı 1 606 gəmi qəbul edib.

Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Türkiyənin Bursa şəhərində yerləşən Gemlik limanı Türkiyə bayrağı altında üzən 464, digər ölkələrin bayraqları altında üzən 1 142 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti