Bakı. Trend:
Türkiyənin Qabar dağından çıxarılan 12-13 min barrel olan neftin hasilatı 2024-cü ilə qədər 100 min barrelə çatdırılacaq.
Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz ölkələrindən dönüşü zamanı jurnalistlərə açıqlamasında deyib.
"Qabar neftinin Türkiyə iqtisadiyyatına müsbət təsiri 2024-cü ildə başlayacaq. Ona görə də hasilatı iki dəfə artırmağı hədəfləyirik", - deyə o əlavə edib.
Xatırladaq ki, mayın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şırnak əyalətinin Cudi və Qabar rayonlarında yeni neft ehtiyatlarının aşkar edildiyini açıqlayıb.