...

Nigerdə bəzi nazirlər saxlanıldı

Dünya xəbərləri Materials 31 İyul 2023 20:35 (UTC +04:00)
Nigerdə bəzi nazirlər saxlanıldı

Bakı.Trend:

İyulun 26-da Nigerdə ​​ baş vermiş çevrilişdən sonra Prezident Məhəmməd Bazum hökumətinin bəzi nazirləri və məmurları saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə saxlanılan prezidentin partiyasından açıqlama verilib.

Bildirilir ki, hakimiyəti ələ keçirən Prezident Qvardiyasının rəhbərliyi partiya rəsmilərini və nazirləri saxlayıblar.

Partiyadan verilən açıqlamaya görə, daxili işlər Naziri Hama Amadou Souley, mədən naziri Hadiza Ousseini və nəqliyyat naziri Oumarou Malam Alma ilə bu səhər saatlarından etibarən əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, Nigerin prezident qvardiyasının rəhbəri Abdurahman Çiani demokratik yolla seçilmiş Məhəmməd Bazumun hakimiyyətini devirdikdən sonra Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti