...

Qazaxıstanda çoxmərtəbəli yaşayış binasında yanğın olub, 37 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 2 Avqust 2023 04:35 (UTC +04:00)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Almatı şəhərində 16 mərtəbəli yaşayış binasında yanğın baş verib, 37 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, xəsarət alanlar xəstəxanaya yerləşdirilib, hadisə yerində 6 nəfər tibbi yardım göstərilib, 4 nəfər isə xəstəxanaya getməkdən imtina edib.

Bildirilir ki, xəsarət alanlardan 26-sı uşaq olub.

Xatırladaq ki, ötən gün Almatı şəhərinin Alatau rayonunda 16 mərtəbəli binada yanğın olub. Yanğın hazırda söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti