...

ABŞ-də yanğın söndürən helikopterlər toqquşub - ölənlər var

Dünya xəbərləri Materials 7 Avqust 2023 15:30 (UTC +04:00)
ABŞ-də yanğın söndürən helikopterlər toqquşub - ölənlər var
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında iki yanğınsöndürən helikopter toqquşub.

Trend xəbər verir ki, bu barədə Kaliforniyanın Yanğından Mühafizə Xidmətinin cənub bölgəsi üzrə rəisi David Fulçer mətbuat konfransında məlumat verib.

"Birinci helikopter yaxınlıqda təhlükəsiz eniş edə bilib. Əfsuslar olsun ki, ikinci helikopter qəzaya uğrayıb və içərisindəki hər 3 əməkdaş faciəvi şəkildə həlak olub", - deyə o, qeyd edib.

Onun sözlərinə görə, həlak olanlar pilot, Yanğından Mühafizə Xidmətinin şöbə rəisi və kapitanı olub.

Yanğının söndürülməsində ümumilikdə 6 helikopterin iştirak etdiyi deyilir.

D.Fulçer qəzanın Milli Nəqliyyat Təhlükəsizliyi Şurası tərəfindən araşdırılacağını əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti