Bakı. Trend:
Polşa kəşfiyyat orqanları casusluqda ittiham olunan iki rusiyalının saxlanıldığını açıqlayıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski "X" (tvitter) sosial şəbəkə hesabında məlumat yayıb.
“Polşa Daxili Təhlükəsizlik Agentliyi polislə əməkdaşlıq edərək Krakov və Varşavada “Vaqner” qrupunun təbliğat materiallarını yayan iki rusiyalını aşkar edərək saxlayıb”, - deyə o, paylaşımında qeyd edib.