Bakı. Trend:
Yaponiya sahillərində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Zəlzələnin episentri Miyako adasında yerləşən Hirara şəhərindən 12 km cənub-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 36 km dərinlikdə yerləşib.
Dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.