...

Qazaxıstanda kömür mədəni yanır

Dünya xəbərləri Materials 17 Avqust 2023 10:56 (UTC +04:00)
Qazaxıstanda kömür mədəni yanır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın Karaqanda vilayətində "Kazaxtanskaya" kömür mədəni yanır.

Trend xəbər verir ki, bu barədə Karaqanda Vilayət Administrasiyası məlumat yayıb.

Məlumata görə, yanğın yerli vaxtla təxminən saat 10:05-də başlayıb, şaxtada işləyən konveyer yanıb. Yanğın başlayan zaman ümumilikdə mədəndə 227 nəfər olub və hazırda onların xilas edilməsi üçün işlər görülür. 131 nəfər çıxarılıb, lakin hələ də 96 nəfər yerin altındadır.

Karaqanda vilayətinin başçısının birinci müavini və Şaxtinsk şəhərinin meri hadisə yerindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti