Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın zamanlarda bir neçə naziri istefaya göndərmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli “Hraparak” qəzeti məlumat yayıb.
Bildirilib ki, hazırda bu mövzunu gizli saxlamağa çalışırlar:
“Üstəlik, bu qərar yekun deyil və oktyabr ayında da qəbul edilə bilər”.
İstefaya göndəriləcək nazirlər arasında ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanın da adı hallanır. Paşinyanın onun işindən narazı olduğu vurğulanıb.