...

Bu ölkənin müdafiə naziri istefa verdi

Dünya xəbərləri Materials 31 Avqust 2023 11:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Britaniyanın müdafiə naziri Ben Uolles istefa verib.

Trend xəbər verir ki, bununla bağlı britaniyalı nazir "X" (tvitter) sosial şəbəkə hesabında bildirib.

"Bu böyük millətə xidmət etmək şərəf idi", - o paylaşımında qeyd edib.

Müdafiə nazir istefası ilə bağlı Baş nazir Rişi Sunaka məktub ünvanlayıb, Baş nazir Sunak ona cavab məktubunda Uollesin istefasını təsdiqlədiyini bəyan edib.

Qeyd edək ki, Ben Uolles 2016-2019-cu illərdə Böyük Britaniyanın daxili işlər nazirinin müavini olub. O, 2019-cu il iyulun 24-dən müdafiə naziri vəzifəsinin icrasına başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti