...

Bu ölkədə məmurların "iPhone" istifadə etmələri qadağan olundu

Dünya xəbərləri Materials 6 Sentyabr 2023 14:50 (UTC +04:00)
Bu ölkədə məmurların "iPhone" istifadə etmələri qadağan olundu
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Çində dövlət idarələrində çalışan məmurların iş üçün "iPhone" və ya digər "Apple" qurğularından istifadə etmələri və onları iş yerinə gətirmələri qadağan olunub.

Trend xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.

Bildirilib ki, çinli məmurların "Apple" şirkətinin istehsalı olan məhsullarla yanaşı, bir sıra digər xarici markalara məxsus qurğulardan da istifadəsi qadağan edilib, lakin bu markaların adları açıqlanmayıb.

Bu tədbirin Çinin xarici texnologiyalardan asılılığını azaltmaq və ölkədə kibertəhlükəsizliyi gücləndirmək məqsədilə görüldüyü deyilir.

Həmçinin, bu qadağanın Çin şirkətlərinə qarşı bir sıra məhdudlaşdırıcı tədbirlər görən ABŞ-yə cavab tədbiri olduğu da bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti