...

Rusiya bu şəxsləri xarici agent elan edib

Dünya xəbərləri Materials 9 Sentyabr 2023 09:22 (UTC +04:00)
Rusiya bu şəxsləri xarici agent elan edib

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Ədliyyə Nazirliyi müğənni Vladimir Kotlyarov və daha beş nəfərin daxil olduğu xarici agentlərin reyestrini yeniləyib.

Trend Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilib.

Bildirilib ki, reyestrə jurnalist Andrey Malgin, sosioloq Nikolay Mitroxin, siyasətçi Natalya Pelevina, Tula vilayətinin deputatı Olqa Podolskaya və jurnalist Mamin Şakirov da daxil edilib.

Qeyd edək ki, xarici agent elan edilən şəxslərin Rusiya daxilində fəaliyyəti məhdudlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti