Bakı. Trend:
Yaponiyanın xarici işlər naziri Yoşimasa Hayaşi Ukraynaya səfər edib.
Trend xəbər verir ki, bu barədə Yaponiyanın Ukraynadakı səfirliyi məlumat verib.
Yaponiyanın xarici işlər naziri Kiyevdə ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.
Naziri Yaponiyadan iş adamları da müşayiət edir.
Qeyd edək ki, nazirin səfəri Yaponiyanın baş naziri Fumio Kişidanın Ukraynaya səfərindən altı ay sonraya təsadüf edir.