...

Bu ölkənin yüksək səviyyəli diplomatı Kanadadan çıxarıldı

Dünya xəbərləri Materials 19 Sentyabr 2023 10:16 (UTC +04:00)
Bu ölkənin yüksək səviyyəli diplomatı Kanadadan çıxarıldı

Trend-i buradan izləyin

Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kanada hökuməti Hindistanın yüksək səviyyəli diplomatını ölkədən çıxarıb.

Trend xəbər verir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Joli məlumat paylaşıb və təfərrüatı açıqlamayıb.

Rəsmi Ottavanın açıqlamasına görə, həmin diplomat Kanadada Hindistan kəşfiyyatına rəhbərlik edib.

Bir müddət əvvəl Kanada hökuməti bildirib ki, Hindistan hökumətinin agentlərinin Britaniya Kolumbiyasında sinqh icmasının liderinin iyun ayında qətlində iştirakına dair əsaslı ittihamları araşdırır.

Qeyd edək ki, 45 yaşlı Hardip Sinqh Niccar adlı iyunun 18-də Vankuverin şəhərətrafı Surrey qəsəbəsində yerləşən sinqh məbədində güllələnərək qətlə yetirilib. Niccar 2020-ci ildə Hindistan hökuməti tərəfindən terrorçu elan edilmişdi.

Xəbər lenti

Xəbər lenti