...

Almaniya Polşa və Çexiya ilə sərhədlərdə nəzarəti gücləndirmək niyyətindədir

Dünya xəbərləri Materials 24 Sentyabr 2023 05:46 (UTC +04:00)
Almaniya Polşa və Çexiya ilə sərhədlərdə nəzarəti gücləndirmək niyyətindədir
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Polşanın daxili işlər naziri Mariuş Kaminski alman həmkarı Nensi Fezerlə miqrantların Polşa üzərindən Almaniyaya tranziti ilə bağlı vəziyyəti müzakirə edib.

Trend Polşa KİV-ə istinadən xəbər verir ki, Kaminski Fezeri əmin edib ki, “miqrantların yalnız kiçik bir hissəsi Belarus və Polşadan keçməklə Almaniyaya gedir; Əsasən Baltikyanı ölkələrdən keçən və Balkan marşrutu adlanan marşrutdan istifadə olunur”.

Fezer jurnalistlərə müsahibəsində deyib ki, Almaniya hakimiyyəti Polşa və Çexiya ilə sərhədlərdə daimi nəzarət məntəqələri yaratmaq imkanını nəzərdən keçirir.

Onun sözlərinə görə, sərhədləri bağlamaq planı yoxdur, sadəcə olaraq sərhəd keçidlərində polisin iştirakını artırmaq lazımdır. Bundan əlavə, təsadüfi yoxlamalar daha tez-tez baş verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti