...

Şarl Mişel Aİ liderlərini İsraildə baş verənlərlə bağlı iclasa dəvət göndərib

Dünya xəbərləri Materials 15 Oktyabr 2023 05:27 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel İsrail və HƏMAS arasında silahlı münaqişə ilə bağlı mövqeyi müzakirə etmək üçün videokonfransda iştirak etməyə dəvət məktubu göndərib.

Trend-in məlumatına görə, məktub Aİ ölkələrinin dövlət və hökumət başçılarına göndərilib. Videkonfransın oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

"Terrora heç bir bəraət qazandırmaq olmaz. Biz İsrail xalqı və terror hücumlarının qurbanları ilə tam həmrəyik", - deyə məktubda deyilib.

Ş.Mişelin sözlərinə görə, İsrailin beynəlxalq hüquqa, xüsusən də beynəlxalq humanitar hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti