...

BMT-nin Baş katibi İsrailə müraciət edib

Dünya xəbərləri Materials 16 Oktyabr 2023 06:10 (UTC +04:00)
BMT-nin Baş katibi İsrailə müraciət edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırıb

Trend-in məlumatına görə, BMT-nin Baş katibi Antonio Quterreş İsraili Qəzza zolağına sürətli və maneəsiz humanitar girişi təmin etməyə çağırıb.

“Yaxın Şərqdə uçurumun astanasında olduğumuz bu dramatik anda iki güclü humanitar çağırış etmək BMT-nin Baş katibi kimi mənim borcumdur. İsrail humanitar yardımın, həmçinin Qəzza zolağındakı humanitar işçilərə çatdırılması üçün sürətli və maneəsiz çıxış təmin etməlidir”, - deyə Baş katib bildirib.

O, həmçinin Fələstinin HƏMAS hərəkatından girovların heç bir şərt qoyulmadan dərhal azad edilməsini istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti