...

Hindistan-Nepal sərhədində güclü zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Noyabr 2023 22:45 (UTC +04:00)
Hindistan-Nepal sərhədində güclü zəlzələ baş verib

Bakı. Trend:

Hindistan-Nepal sərhədində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.

“Reuters”in şahidlərə istinadən verdiyi məlumata görə, Hindistanın paytaxtı Yeni Dehlidə də binalar silkələnib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti