...

Nepalda baş verən zəlzələ nəticəsində 24 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Noyabr 2023 02:01 (UTC +04:00)
Nepalda baş verən zəlzələ nəticəsində 24 nəfər ölüb

Bakı. Trend:

Nepalda baş verən zəlzələ nəticəsində azı 24 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "India Today" televiziya kanalı xəbər verib.

"Reuters" agentliyinin verdiyi məlumata əsasən, daha onlarla insan yaralanıb.

Qeyd edək ki, Hindistan ilə Nepal sərhədində 6,0 bal gücündə zəlzələ baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri Nepalın Cumla şəhərindən 36 km cənub-şərqdə və Hindistanın Bəhrayç şəhərindən 166 km şimal-şərqdə yerləşib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti