Bakı. Trend:
Avropa Şurasının Prezidenti Şarl Mişel dekabrın 7-8-də Aİ-Çin sammitində iştirak etmək üçün Çinə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Ş.Mişel "LCI" televiziya kanalının efirində deyib.
"Dekabrın 7 və 8-də Çində Çinin sədri [Si Tsinpin] və onun komandaları ilə ikitərəfli sammitimiz olacaq", - deyə o bildirib.
O, nümayəndə heyətinin tərkibinə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin daxil olacağını da qeyd edib.
Ş.Mişel vurğulayıb ki, Avropa Şurası bir neçə aydır ki, Aİ adından irəli sürəcəyi ümumi mövqe hazırlayır. Onun sözlərinə görə, bu, Avropanın Çinlə münasibətləri saxlamaq istəyinə əsaslanan “balanslaşdırılmış mövqedir”. Avropa Şurasının rəhbəri əlavə edib ki, Brüssel “Çindən müəyyən məhsulların tədarükü kontekstində münasibətləri balanslaşdırmaqla öz iqtisadi maraqlarını müdafiə etmək” niyyətindədir.