Bakı. Trend:
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Türkiyəyə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi xəbər verib.
Səfərin bazar ertəsi, noyabrın 13-də baş tutacağı bildirilib.
Səfər zamanı Türkiyə ilə Aİ münasibətləri və Avropa Şurasının gündəliyində duran məsələlər müzakirə olunacaq.