...

Türkiyə XİN rəhbəri Avropa Şurasının baş katibi ilə görüşüb

Dünya xəbərləri Materials 13 Noyabr 2023 15:14 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin Xarici işlər naziri Hakan Fidan, Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, görüş zamanı tərəflər, Türkiyə-Avropa Şurası münasibətlərini və şuranın gündəliyində duran məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Türkiyə 1949-cu ildə yaradılmış Avropa Şurasının qurucu üzvləri arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti