Bakı. Trend:
Polşanın Baş naziri Mateuş Moravetski istefa verib.
Trend bu barədə xarici KİV-lərə istinadən məlumat yayır.
Bildirilir ki, hakim “Qanun və ədalət” partiyası parlament çoxluğuna malik olmadığına görə, Polşa prezidenti Anjey Duda yeni hökuməti qurmaq səlahiyyətini bu gün Moravetskiyə verəcək.
Qeyd olunur ki, əgər müxalifət uğur qazansa, Tuskun ölkənin Baş naziri postuna namizədliyi irəli sürüləcək.