Bakı. Trend:
İran prezidenti İbrahim Rəisinin Türkiyəyə bugünki səfəri ləğv olunub.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat verib.
"Səfər bu ayın əvvəlində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən elan edilmişdi və o, iki liderin İsrail-Fələstin münaqişəsi ilə bağlı müzakirələr aparacağını bildirmişdi",- deyə məlumatda bildirilib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 13 noyabr tarixində jurnalistlərə verdiyi açıqlamada, İran prezidenti İbrahim Rəisinin 28 noyabr tarixində Türkiyəyə rəsmi səfər edəcəyini bildirmişdi.