Bakı. Trend:
Çində minlərlə aviareys təxirə salınıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb ölkənin şimalına təsir edən soyuq dalğa və qar yağışı olub.
Məlumata görə, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib.
4 min 191 daxili, 142 beynəlxalq reys isə pis hava şəraiti səbəbindən yerinə yetirilməyib.