...

Yaponiya Şimali Koreyanın raket buraxılışı ilə bağlı Milli Təhlükəsizlik Şurasını çağıracaq

Dünya xəbərləri Materials 18 Dekabr 2023 07:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaponiya Şimali Koreyanın raket buraxılışı ilə bağlı Milli Təhlükəsizlik Şurasını çağıracaq.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio Kişida məlumat verib.

“Mən hökumətə əhalini məlumatlandırmağı və təhlükəsizliyi təmin etməyi tapşırmışam. Hazırda dağıntılar barədə məlumat yoxdur. Təfərrüatlar alındıqdan və vəziyyət təsdiqləndikdən sonra Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək”, - deyə Baş nazir qeyd edib.

Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Şimali Koreya raketi yerli vaxtla saat 08:24-də (Bakı vaxtı ilə saat 03:24) buraxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti