...

"Brent" neftinin qiyməti 79,2 dollara çatıb

Dünya xəbərləri Materials 5 Yanvar 2024 20:33 (UTC +04:00)
"Brent" neftinin qiyməti 79,2 dollara çatıb

Bakı. Trend:

Neft qiymətləri cümə günü ticarət satışlarında yüksəlişini sürətləndirdi və Yaxın Şərq və Liviyada artan gərginlik fonunda həftəni güclü artımla başa vurur.

Trend-in məlumatına görə, Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin mart fyuçerslərinin qiymtəi Bakı vaxtı ilə saat 19:15 üçün 79,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki sessiyanın bağlanışından 1,57 dollar (2,02%) çoxdur.

Nyu-Yorkun ticarət birjasında keçirilən hərraclar zamanı fevral ayı üçün "WTI" neftinin qiyməti bu dəfə 1,95 dollar (2,7%) artaraq 74,14 dollar/barelə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti