...

Türkiyə Qırğızıstana polad məhsulları ixracını azaldıb

Dünya xəbərləri Materials 17 Yanvar 2024 14:07 (UTC +04:00)
Türkiyə Qırğızıstana polad məhsulları ixracını azaldıb

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Qırğızıstana polad məhsulları ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77,2 faiz azaldaraq 4,5 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Dekabr ayında Türkiyə Qırğızıstana polad məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 36,1 faiz azaldaraq 185,8 min dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin polad məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 14,9 milyard dollara çatıb.

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2,1 faiz çoxdur.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 14,9 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti