...

Tailandda fişəng fabrikində partlayış - 18 ölü

Dünya xəbərləri Materials 17 Yanvar 2024 20:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailandda fişəng fabrikindəki partlayışda azı 18 nəfər həlak olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, hadisə günorta saatlarında ölkənin mərkəzindəki Sufanburi vilayətində, paytaxt Banqkokdan 120 kilometr şimalda baş verib.

Sosial şəbəkədə yayılan görüntülərdən də məlum olur ki, partlayışdan sonra meydana gələn qatı tüstü geniş əraziyə yayılıb.

Polisin məlumatına görə, hadisədən sağ çıxan olmayıb. Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Xəbər lenti

Xəbər lenti