...

Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verib

Dünya xəbərləri Materials 22 Yanvar 2024 08:14 (UTC +04:00)
Yaponiyada atom elektrik stansiyasında buxar sızması baş verib

Bakı. Trend:

Yaponiyanın Fukui prefekturasında yerləşən Takahama atom elektrik stansiyasının turbin hissəsinin boru kəmərlərindən birində buxar sızması baş verib.

Trend-in məlumatına görə, bu barədə “Kansai Electric Power” enerji şirkəti məlumat yayıb.

Hadisə nəticəsində stansiyada və onun ətrafında radiasiya səviyyəsində artım olmadığı vurğulanıb. O da qeyd edilib ki, sızıntı stansiyanın fəaliyyətinə birbaşa təsir göstərməyib. Hazırda enerji şirkətinin mütəxəssisləri hadisənin başvermə səbəblərini araşdırır.

Şirkətdən verilən məlumata görə, sızmanın müəyyən edilməsi və aradan qaldırılması üzrə texniki işlərin aparıldığı müddətdə stansiyanın istehsal etdiyi elektrik enerjisinin həcmi 40 faiz azalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti