...

Miqrantlar axını səbəbindən ABŞ-də terror aktlarının baş vermə ehtimalı var - Tramp

Dünya xəbərləri Materials 28 Yanvar 2024 07:08 (UTC +04:00)
Miqrantlar axını səbəbindən ABŞ-də terror aktlarının baş vermə ehtimalı var - Tramp

Bakı. Trend:

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ölkədə rekord sayda qeyri-qanuni miqrant axını səbəbindən terror aktlarının baş verə biləcəyini bildirib.

Trend-in məlumatına görə, bu barədə D.Tramp Nevada ştatındakı tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Terrorçular dünyanın hər yerindən axışır <...>. Və ABŞ-də böyük bir terror aktının olacağının 100 faiz ehtimalı var və çoxlu terror aktları ola bilər. Bütün bunlar [çox sayda qeyri-qanuni miqrantlar səbəbindən cənub sərhədində] baş verənlərə görə olub", - deyə o bildirib.

Tramp həmçinin ABŞ-nin cənub sərhədini “ölkənin ölməsinə” səbəb olan “böyük qanayan yara” adlandırıb. O əlavə edib ki, ABŞ-Meksika sərhədindəki vəziyyətə görə ölkəyə “milyonlarla və milyonlarla qeyri-qanuni immiqrant axıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti