...

ABŞ İordaniyadakı bazaya hücumun arxasında kimlərin olduğunu açıqlayıb

Dünya xəbərləri Materials 1 Fevral 2024 08:26 (UTC +04:00)
ABŞ İordaniyadakı bazaya hücumun arxasında kimlərin olduğunu açıqlayıb

Bakı. Trend:

Vaşinqton hesab edir ki, "İraqda İslam Müqaviməti" qruplaşması İordaniyanın şimal-şərqindəki ABŞ bazasına hücum edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

"Biz hesab edirik ki, İordaniyadakı hücum "İraqdakı İslam Müqaviməti" qruplaşması tərəfindən planlaşdırılıb, qruplaşma, həmçinin hücumu maliyyələşdirib və ona şərait yaradıb", - deyə C.Kirbi qeyd edib.

Ötən gün ABŞ prezidenti Co Bayden ABŞ-ın İordaniyadakı bazasına pilotsuz uçuş aparatının hücumuna cavab tədbirləri ilə bağlı qərar qəbul etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti