...

Keçən il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Dünya xəbərləri Materials 3 Fevral 2024 13:52 (UTC +04:00)
Keçən il Tuzla limanının qəbul etdiyi yüklərin həcmi açıqlanıb

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Tuzla limanı 4 milyon 860 min 302 ton yük qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Tuzla limanından Türkiyə bayrağı altında üzən 3 milyon 134 min 199 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 726 min 103 ton yük daşınıb.

“2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Tuzla limanından 85 min 92 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil edib.

Eyni zamanda, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 66 milyon 735 min 403 ton transit yük daşınıb.

2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min 497 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub.

Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 238 min 880 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti