...

Tokioda baş verən yanğın qatarların dayanmasına səbəb olub

Dünya xəbərləri Materials 4 Fevral 2024 08:19 (UTC +04:00)

Bakı. Trend:

Tokioda güclü yanğın qatarların hərəkətini dayandırıb.

Trend-in məlumatına görə, Yaponiya paytaxtının məşhur "Yamanote Circle Line" və bir sıra digər xətlərində qatarlarda gecikmələr baş verib. Dayanmış qatarlardan 800-dən çox sərnişin təxliyə edilib, onlardan biri yaralanıb.

Yanğın Ota rayonundakı Omori stansiyasının yaxınlığındakı restoran ərazisində baş verib. Hazırda 24 yanğınsöndürən briqada yanğınla mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti